Bakı, 31 oktyabr, AZƏRTAC İsrail ordusu Qəzza zolağında keçirdiyi hava hücumu nəticəsində HƏMAS-ın hərbi qanadının komandiri Cəmil Əbu Təkiyanın öldürüldüyünü açıqlayıb.AZƏRTAC xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hücum Nuseyrat qaçqın düşərgəsi yaxınlığında həyata keçirilib.İsrail tərəfinin iddiasına görə, Əbu Təkiya Qəzzada girovların saxlanılmasında iştirak edib.Hücum nəticəsində HƏMAS-ın hərbi qanadının digər komandiri İbrahim Cihad Məhəmməd Əbu Uşaybanın da öldürüldüyü bildirilir.