“AzərGold" QSC ixracdan 217 milyon dollar qazanıb

“AzərGold” QSC 2026-cı ilin yanvar-sentyabr aylarında 217,1 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirib.

Bu göstərici 2025-ci ilin müvafiq dövründə 165,6 milyon ABŞ dolları təşkil edib.

Beləliklə, şirkətin ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 51,5 milyon ABŞ dolları və ya 31,1% artıb.