Naxçıvan, 30 oktyabr, AZƏRTACNaxçıvan Dövlət Universitetinin (NDU) ev sahibliyi, Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransının (NASCO29) açılış mərasimi keçirilib.Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucalan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər. Sonra qonaqlar Heydər Əliyev Muzeyini ziyarət ediblər.Ardınca NDU İncəsənət fakültəsinin dekanı Cavid İsmayılovun konfransda iştirak edən universitet rektorlarının portretlərindən ibarət sərgiyə baxış keçirilib.Heydər Əliyev Sarayında baş tutan açılış mərasimində öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müavini İdris İsayev çıxışında konfransın gənc tədqiqatçılar üçün elmi yeniliklərin müzakirəsi, yeni elmi əlaqələrin qurulması baxımından əhəmiyyətini vurğulayıb. İdris İsayev Prezident İlham Əliyev tərəfindən elm, təhsil və innovasiyanın ölkəmizdə inkişafın əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildiyini bildirib. Rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasının, elmin iqtisadiyyat və sənaye ilə əlaqələndirilməsinin vacibliyi qeyd edilib.Elmi forumun Azərbaycanın qədim və zəngin elmi-mədəni ənənələrə malik Naxçıvan diyarında keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayan nazir müavini muxtar respublikanın ölkəmizin intellektual və elmi potensialının formalaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Natiq doktorantura təhsilinin müasir tələblərə uyğun yenilənməsinə də toxunub. Tədqiqat mövzularının aktuallığı, yeni elmi metodların tətbiqi, akademik yazı üslubu və digər müasir elmi bacarıqların inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib. Konfransda təqdim olunan elmi yeniliklərin Azərbaycan elminin inkişafına müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov konfransda çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində elmin inkişafının xüsusi yer tutduğunu bildirib, ölkəmizin sosial-iqtisadi inkişafında və rifahın təmin olunmasında elmin mühüm rolunu qeyd edib. Regionda formalaşan yeni reallıqların və çağırışların elmi ictimaiyyət, xüsusilə doktorantlar və gənc tədqiqatçılar qarşısında yeni vəzifələr irəli sürdüyünü diqqətə çatdıran Ceyhun Cəlilov bildirib ki, Prezident İlham Əliyev tərəfindən nəqliyyat-logistika və yaşıl enerji resurslarının formalaşdırılması, aqrar sahənin inkişafı, tarixi-mədəni irsin bərpası və qorunması Naxçıvanın gələcək inkişafı üçün strateji istiqamətlər kimi müəyyən edilib. Bu hədəflərə nail olunmasında elmi tədqiqatların, innovativ yanaşmaların və müasir texnoloji həllərin mühüm əhəmiyyət daşıdığını vurğulayan səlahiyyətli nümayəndə doktorantların və gənc tədqiqatçıların bu proseslərdə fəal iştirakının vacibliyini qeyd edib.Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək universitetin NASCO 29-a ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib, konfransın ölkədə elmi potensialın bir araya gətirildiyi ən geniş platformalardan biri olduğunu bildirib. Tədbirin elmtutumlu iqtisadiyyatın inkişafına və ölkə rəhbərliyinin bu istiqamətdə həyata keçirdiyi siyasətə töhfə verdiyini diqqətə çatdırıb. NASCO 29-un indiyədək ölkə üzrə keçirilmiş ən genişmiqyaslı elmi konfrans olduğunu vurğulayan rektor konfransın ümumi iştirakçı sayının dinləyicilərlə birlikdə 5000 nəfəri ötəcəyini qeyd edib.Bildirilib ki, konfransa 123 elm və təhsil müəssisəsindən 1627 elmi iş təqdim olunub, elmi və texniki komitələrin qiymətləndirməsindən sonra 1382 doktorant, dissertant və gənc tədqiqatçı tərəfindən yazılmış 1028 elmi iş qəbul edilib. Elbrus İsayev konfransın elmi keyfiyyət göstəricilərindən də bəhs edərək təqdim olunan işlərin beynəlxalq standartlara uyğunluğunun, elmi komitənin qiymətləndirməsinin və BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədi ilə əlaqələndirilməsinin əhəmiyyətini vurğulayıb.Rektor Naxçıvan Dövlət Universitetinin elmi fəaliyyətindən də danışaraq universitetin Scopus göstəriciləri üzrə ölkədə ilk beşlikdə yer aldığını, tələbələr arasında elmi fəaliyyətə marağın artırılması istiqamətində görülən işləri diqqətə çatdırıb.Naxçıvan Dövlət Universitetinin Memarlıq ixtisası üzrə doktorantı Məhəmməd Bayramov öz çıxışında konfransın təşkilinə görə təşəkkürünü bildirib, Naxçıvanın dini memarlıq abidələri istiqamətində apardığı tədqiqatı təqdim edib.Sonra “Dövlət Proqramı” xətti ilə dünyanın nüfuzlu universitetlərində doktorantura təhsili alan azərbaycanlı gənc tədqiqatçıların çıxışlarından ibarət videoçarx nümayiş olunub.Tədbirdə konfransın tərəfdaş qurumlarına təşəkkür plaketləri təqdim olunub və xatirə fotosu çəkdirilib.Tədbir Naxçıvan Dövlət Universitetinin Simfonik Orkestrinin konsert proqramı ilə davam edib. Orkestrin ifasında təqdim olunan musiqi nömrələri tədbirin bədii hissəsinə xüsusi rəng qatıb.Qeyd edək ki, hibrid (onlayn və əyani) formatda təşkil olunan konfrans 2 gün ərzində 21 zalda, 104 bölmə üzrə öz işini davam etdirəcək. Müxbir- Nail Əsgərov
Bu gün
3987 xəbər bu gün
ABŞ hakimiyyəti Ukraynaya "Patriot PAC-3" zenit-raket kompleksi üçün 500 ədəd PAC-3 raketinin və müvafiq avadanlıqların 2,1 milyard dollara satışını təsdiqləyib. Bu barədə ABŞ Dövlət Departamenti və Pentaqonun xarici…
Rusiyanın Kareliya Respublikasının Kondopoqa rayonunda R-21 "Kola" avtomobil yolunda baş verən yol qəzasında iki polis əməkdaşı da daxil olmaqla üç nəfər ölüb. TASS-a istinadən, bu barədə regionun Daxili İşlər…
Rusiya ilə dialoqun bərpası üçün Yaponiya qeyri-dost siyasətindən imtina etməlidir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 xarici işlər nazirləri şurasının iclası çərçivəsində...
Türkiyənin “Beşiktaş” futbol klubunun UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda İsrail təmsilçisi “Hapoel Beer-Şeva” ilə keçirəcəyi qarşılaşmanın yeri dəqiqləşib. Bu barədə...
Rusiyalı milyarder Roman Abramoviç hazırda Bakıda səfərdədir. Onun yanında bəzi KİV-lərin sevgilisi kimi təqdim etdiyi ukraynalı model Natalya Qotsiy də görülüb.
Azərbaycanda dövlət portalı vasitəsilə 42 milyon manatlıq vəsaiti leqallaşdırmaqda təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Türkiyədə müşahidə olunan leysan yağışları bir sıra fəsadlara yol açıb. Ordunun Fatsa rayonunda, güclü yağış səbəbindən suyun səviyyəsi qalxan çayda qalan tikinti maşını operatoru yanğınsöndürmə briqadaları tərəfindən…
“Xaliq Faiqoğlu” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət qarşısında borcu yaranıb.Oxu24.com-un əldə etdiyi məlumata görə, “Xaliq Faiqoğlu” MMC-nin vergi borcu 68,7 min manat təşkil edir.Qeyd edək ki, paytaxt ərazisində…
Trendyol Super Liqasının 10-cu həftəsinin açılış matçında Qalatasaray səfərdə TÜMOSAN Konyasporu 4-0 hesabı ilə məğlub edib.Oxu24.com bildirir ki,7-ci dəqiqədə Leao cərimə meydançasında Yunus Akgünün ötürməsini aldı…
Rusiyalı milyarder Roman Abramoviç hazırda Bakıda səfərdədir. Onun yanında bəzi KİV-lərin sevgilisi kimi təqdim etdiyi ukraynalı model Natalya Qotsiy də görülüb.Oxu24.com-un məlumatına görə, Abramoviçin Bakıya səfərinin…
Bakı, 30 oktyabr, AZƏRTAC 2027-ci ildə Azərbaycanda salsa, Argentina tanqosu və breykinq üzrə beynəlxalq çempionatlar, eləcə də “Pro-Am” (peşəkar və həvəskar rəqqasların birgə iştirakı ilə keçirilən) turnirlər də daxil…
Bakı, 30 oktyabr, AZƏRTAC Noyabrın 1-dək davam edəcək “Open to the World Azerbaijan Dance Festival 2026” beynəlxalq rəqs festivalında 20-dən çox ölkəni təmsil edən 1000-dən artıq iştirakçı Bakıda bir araya gəlib.AZƏRTAC…
Atlantada keçirilən G20 Xarici İşlər Nazirlərinin toplantısında ənənəvi kollektiv foto çəkilməyib. Associated Press-ə istinadən, çəkiliş bəzi avropalı diplomatların Rusiyanın xarici işlər naziri Sergey Lavrovla eyni…
ABŞ Konqresində aralıq seçkilərdən sonra Pentaqon rəhbəri Pit Heqsetin impiçmenti ilə bağlı yeni cəhd hazırlanır. Bu barədə "Bloomberg" məlumat yayıb. Demokrat və Respublikaçılar partiyalarının nümayəndələri noyabrın…
Çinli smartfon istehsalçıları “iPhone 18 Pro” seriyasında gözlənilən bəzi texnoloji yenilikləri android modellərinə gətirməyə hazırlaşır. Xüsusilə dəyişən diafraqmalı kamera sistemi və dörd tərəfi əyri, çərçivəsiz ekran…
Türkiyə Superliqasının 10-cu turu çərçivəsində "Konyaspor" və "Qalatasaray" komandaları üz-üzə gəliblər.
ABŞ-nin Atlanta şəhərində "Böyük iyirmilik" (G20) ölkələrinin xarici işlər nazirləri səviyyəsində keçirilən görüşün təşkilatçıları ənənəvi birgə fotoçəkilişi ləğv ediblər.
Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azərbaycandakı qədim məskənlərimizi xatırlamaq və bu barədə…
Mingəçevirdə 42 yaşlı kişi bıçaq xəsarəti nəticəsində ölüb. Yenicag.az-ın məlumatına görə, hadisə şəhərin Günəşli yaşayış massivində yerləşən fərdi təsərrüfatlardan birində qeydə alınıb. 1984-cü il təvəllüdlü şəhər…
Biologiya elmləri doktoru, professor, Əməkdar müəllim Arif Əfəndiyev vəfat edib.
Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 31-də Türkiyəyə işgüzar səfər edəcək.
Avropanın sosial media seqmentlərində cütlüklərin münasibətlərini fotolar üzərindən təhlil etməyə imkan verdiyi iddia olunan “yaşıl xətt nəzəriyyəsi” yenidən populyarlıq qazanıb. Bu yanaşmaya əsasən, fotoda partnyoruna…
Leyliqaçan
Londonda
Ölkəmizdə keçirilən FİFA U-15 Dünya Çempionatı və Festivalı bu gün başa çatdı. Yarışın qalibi finalda Çexiyaya 3:0 hesabıyla qalib gələn İspaniya oldu. Ölkəmizin U-15 yığması isə 189 iştirakçı arasında 84-cü yeri tutdu…
Azərbaycan sərbəst güləşçisi Arseniy Djioyev (86 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında finala yüksəlib. Idmançı yarımfinalda gürcüstanlı Vladimir Qamkrelidzeni məğlub edib. A. Djioyev finalda…
Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. Bu barədə Azərbaycanın Londondakı səfirliyi məlumat yayıb. Aksiyada iştirak edən 10-15 nəfərlik qrupun…
“İranın Məkkə Sazişinə qoşulmasına heç bir maneə yoxdur. Qərar koalisiyanın üç əsas tərəfdaşının ixtiyarındadır”. Bunu Pakistan ordusunun mətbuat katibi general-leytenant Əhməd Şərif Çaudri deyib. O həmçinin ABŞ və İran…
Ürək-damar xəstəlikləri həmişə kəskin sinə ağrısı və ya qəfil sağlamlıq pisləşməsi ilə özünü göstərmir. Bəzən ürək problemlərinin ilk əlamətləri gündəlik fəaliyyət zamanı ortaya çıxır və uzun müddət diqqətdən kənarda…
Avropa Komissiyası 2027-ci ildə Ukraynaya 45 milyard avro həcmində maliyyə dəstəyinin göstərilməsini təsdiqləyib. Bu barədə qurumun yaydığı məlumatda bildirilib. Məlumata əsasən, Avropa…
Kanada 2027-ci ildə Ukraynanın maliyyələşdirilməsində Avropa İttifaqına dəstək verməyə razılaşıb, lakin bu məqsədlə ən çoxu 500 milyon avro ayırmağa hazırdır. Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen…
ABŞ Federal Təhqiqat Bürosu (FTB) və Məxfi Xidmət "Binance" kriptovalyuta birjasına qarşı genişmiqyaslı kiberhücumun hallarını araşdırır. Bu barədə hər iki qurumun mətbuat xidmətləri məlumat yayıb. FTB-dən bildirilib ki…
Vinisius Junior futbol həyatında Allah bilir neçənci dəfə çətin dönəm yaşayır. “Real”ın hücumçusu uğursuz oyunların, uzunmüddətli diskvalifikasiyanın və braziliyalı sahibkar Virciniya Fonseka ilə ayrılığın ardından…
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirində Azərbaycan millisinin üzvü Hidayət Heydərov bürünc medal qazanıb.Bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib…
Визит актрисы приурочен к премьере романтической драмы "Весна на Имрозе".
Совокупная прибыль более 50 крупных нефтегазовых компаний США за апрель–сентябрь 2026 года превысила 130 млрд долларов. Такой рост связан, в частности, с повышением цен на...
Beton panellər aşıb, 250 metrlik ərazidə təhlükəli vəziyyət yaranıb. Day.Az Xəzər TV-yə istinadən bildirir ki, Astarada Pensərçayda sürüşmə olub. İstinad divarı üçün salınan bənd çaya tökülüb. Sürüşmə kənd daxili yolun…
Сегодня состоялось 11-е заседание азербайджано-грузинской совместной межправительственной комиссии по экономическому сотрудничеству. Встречи такого уровня имеют значение, выходящее далеко за рамки обычного…
Oktyabrın 31-də Şahbuz rayonunda elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. Bu barədə Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) məlumat verilib.
Almaniyanın xarici işlər naziri Yohann Vadeful kansler Fridrix Mertsin Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırıb-planlaşdırmadığı barədə suala cavab verməkdən yayınıb. Redaktor.az xəbər…
"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində indiki Ermənistan ərazisində yerləşən, 1919-cu ildə erməni silahlı birləşmələrinin hücumlarına məruz qalmış Leyliqaçan Azərbaycan kəndinin tarixi araşdırılıb.
Cəlilabad rayonunda meyit tapılıb. Hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.Belə ki, şəhər sakini, 1981-ci il təvəllüdlü İsmayıl İmanovun meyiti yaşadığı evin həyətində aşkar edilib.Onun ölüm səbəbi hələlik məlum…
Deputat Elman Nəsirovun keçmiş həyat yoldaşı olduğu iddia edilən Sevinc Nəsirova psixoloji dispanserə yerləşdirilməsi xəbəri yalnışdır.Bunu Sevinc Nəsirovanın qızı Laləzar Əliyeva Oxu24.com-a bildirib."Anam psixi…
Xalq artisti Zaur Rzayev dəfn edilib.Oxu24.com bildirir ki,dəfndə müğəninin ailə üzvləri,yaxınları və bəzi sənət yoldaşları iştirak edib.Xalq artisti "Qurd Qapısı" qəbiristanlığında torpağa tapşırılıb.Vida mərasimində…
İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. Yenisabah-a istinadən, bu…
Hindistanlı rəssam Amar Kale ədviyyatlardan istifadə edərək dünyanın ən böyük rəsmini yaradıb. Bu barədə “Ginnesin Rekordlar Kitabı” məlumat yayıb. Əsərin sahəsi 175,82 kvadratmetr təşkil edir. Rəsm yanvar ayında…
Dubayın Gold District (Qızıl rayon) ərazisində bu ilin sonunadək 24 əyarlı qızıldan hazırlanmış piyada yolunun istifadəyə verilməsi planlaşdırılır. Bu barədə “The Times of India” nəşri yazıb. Məlumata görə, dünyada ilk…