Zelenski Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 31-də Türkiyəyə işgüzar səfər edəcək.

Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran məlumat verib.

Bildirilib ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq.

Görüş zamanı Rusiya-Ukrayna müharibəsi, Qara dənizdə təhlükəsizlik, eləcə də regional və qlobal hadisələr müzakirə olunacaq.