Bakı, 30 oktyabr, AZƏRTAC Fransada sentyabrın sonundan bəri davam edən etiraz aksiyaları zamanı 1193 polis və jandarm əməkdaşı xəsarət alıb.AZƏRTAC xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Loran Nunyes mətbuat konfransında bildirib.Nazirin sözlərinə görə, yaralananların əksəriyyəti yüngül xəsarət alsa da, bəzi hallarda ciddi xəsarətlər qeydə alınıb və əməkdaşların xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranıb.Məlumata görə, etirazçılar polis əməkdaşlarına daş və fişəng atıb.Nazir vurğulayıb ki, hakimiyyət vətəndaşların öz fikirlərini ifadə etmək hüququnu təmin etməklə yanaşı, iğtişaşların qarşısını almaq və qanun pozuntularında iştirak edən şəxsləri müəyyənləşdirmək üçün bütün zəruri tədbirləri görəcək.