Oktyabrın 30-da Ermənistanda 2,6 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətindən məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 00:31-də qeydə alınan zəlzələnin episentri Cermuk şəhərindən 15 kilometr şimal-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə olub.
Episentr zonasında zəlzələnin intensivliyi 3-4 bal təşkil edib.
Yeraltı təkanlar Vayots Dzor vilayətinin Cermuk şəhərində, Qndevaz və Saravan kəndlərində, eləcə də Sünik vilayətinin Qorayk və Sarnakunk kəndlərində 2-3 bal gücündə hiss olunub.