Tovuzda 50 yaşlı kişinin meyiti aşkarlanıb.Oxu24.com-un məlumatına görə, rayon sakini, 1976-cı il təvəllüdlü N.Hüseynovun meyiti yaşadığı evdə tapılıb.Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar.Kişinin ölüm səbəbi hələlik məlum deyil.Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.