Rusiya Avropa ilə müharibə istəmir, amma buna hazırdır - Putin

Avropada bir çoxları yalnız 2030-cu ilə qədər müharibəyə hazırlaşmaqdan danışır. Rusiya buna hazırdır, lakin müharibə istəmir.

Bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya-Afrika sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

“Bir çoxları yalnız 2030-cu ilə qədər müharibəyə hazırlaşmaqdan danışır. Bu, doğrudur, yoxsa yox?” – deyə prezident ritorik sual ünvanlayıb.

“Birincisi, biz hazırıq, lakin Avropa ilə heç bir müharibə istəmirik”, – deyə o vurğulayıb.