Göygöldə maşın yoldan çıxaraq dərəyə aşdı

Göygöldə yol nəqliyyatda hadisəsi baş verib.

APA-ya istinadla, hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb.

Qəzada 1963-cü il təvəllüdlü T.Yolçuyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.