"Rusiya Avropa ilə müharibəyə hazırdır, lakin belə bir müharibə istəmir. Bu qarşıdurmada isə ümumiyyətlə qalib olmayacaq".
"İnterfax" agentliyinə istinadən, bunu Rusiya Prezidenti Vladimir Putin bəyan edib.
"Çoxları yalnız 2030-cu ilə qədər (Rusiya ilə) müharibəyə hazırlaşmaqdan danışır. Bu, düzgündürmü? Xeyr. Biz, ilk növbədə, hazırıq, lakin Avropa ilə heç bir müharibə istəmirik. Əgər kimsə müharibə istəyirsə, qoy hazırlaşsın", - deyə Putin Rusiya-Afrika sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
O, Norveç və Finlandiya rəhbərləri ilə son söhbətinə münasibət bildirərkən bu fikirləri səsləndirib.
Rusiya Prezidenti Moskvanın strateji məğlubiyyətə uğradılmasını istəyənlərə xəbərdarlıq edib:
"Onlar indiyədək Rusiyaya strateji məğlubiyyət yaşatmaq məqsədlərinə nail ola bilməyiblər. 2030-cu ilə qədər də buna nail ola biləcəkləri inandırıcı görünmür".
"Əgər məsələ çox uzağa gedərsə, ümumiyyətlə, heç bir qalib olmayacaq. Qoy heç kim bunu unutmasın", - deyə Rusiya dövlət başçısı vurğulayıb.