İran hərbçiləri etnik bəlucu güllələdi

İranın Sistan və Bəlucistan əyalətinin Hirmənd rayonunda 24 yaşlı Zübeyr Sasuli güllələnərək öldürülüb.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Onun rayonun Sasuli kəndindəki mənzilindən çıxarkən hərbçilərin açdığı atəş nəticəsində qətlə yetirildiyi bildirilib.

Hadisənin səbəbləri barədə əlavə açıqlama verilməyib.