Dünyaca məşhur aktyor Kiyevə gəldi, metroda gecələdi - FOTO/VİDEO

“Taxt oyunları” serialında Ceymi Lannister obrazını canlandıran danimarkalı aktyor Nikolay Koster-Valdau Kiyevə səfər edib və Rusiya hücumu zamanı gecəni metroda keçirib.

BMT-nin İnkişaf Proqramının xoşməramlı səfiri kimi Ukraynaya gələn aktyor oktyabrın 28-dən 29-na keçən gecə paytaxt metrosuna baş çəkib. Həmin vaxt Kiyev sakinləri Rusiya zərbələrindən qorunmaq üçün metroda sığınacaq tapıblar.

Koster-Valdau insanlarla söhbət edib. Sərnişinlərdən biri aktyordan avtoqraf istəyib. Daha sonra aktyor gecəni sakinlərlə birgə metro stansiyasında keçirib.