Artetadan ona sərt xəbərdarlıq: Bura Disneyland deyil

“Arsenal”ın baş məşqçisi Mikel Arteta hücumameyilli yarımmüdafiəçi Maks Doumanı tənqid edib.

16 yaşlı futbolçu bu həftə “Flitvud Taun”la oyunda zorakı davranışa görə qırmızı vərəqə alıb.

Arteta mətbuat konfransında bildirib: “Burası Disneyland deyil. Biz bunu artıq müzakirə etmişik, çünki bu, onun başına gələn ilk hadisə deyil. Biz hər şeyi öz adı ilə çağırmalıyıq.

Doumanı qorumalıyıq, eyni zamanda onunla tamamilə açıq olmalıyıq”.

“Arsenal” “Flitvud”a penaltilər seriyasında uduzaraq kubokda mübarizəni dayandırıb. Oyundan sonra “topçular” Doumanın meydandan qovulmasına qarşı apelyasiya şikayəti verdilər, lakin rədd edildi.