Türkiyə İsraildə seçkilərə müdaxilə edib? - Açıqlama

Bəzi media orqanlarında Ankaranın İsrail seçkilərinin nəticələrinə təsir göstərməyə cəhd etməsi ilə bağlı yayılan iddiaları rədd edib.

Bu barədə Türkiyə Prezident Administrasiyasının Dezinformasiyaya Qarşı Mübarizə İdarəsi məlumat yayıb.

"Bəzi beynəlxalq media orqanlarında və sosial media platformalarında Türkiyənin İsrail seçkilərinə müdaxilə etməsi ilə bağlı yayılan iddialar tamamilə əsassızdır. Bu iddialar ictimai rəyi manipulyasiya etməyə yönəlmiş qəsdən aparılan dezinformasiya kampaniyasının bir hissəsidir", - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, İsrail mediasında Türkiyə, Qətər və “Müsəlman Qardaşları” təşkilatının İsraildəki seçkilərə müdaxilə etməsi ilə bağlı müxtəlif iddialar yayılmışdı.