Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbdə zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus infeksiyası aşkarlanıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
***19:44
Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbində baş vermis hadisə ilə bağlı Tibb müəssisəsindən əldə edilən məlumata əsasən qida zəhərlənməsi faktı öz təsdiqini tapmayıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.