Hörmətli cənab Prezident.
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışı münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsi, xalqlar arasında dostluğun, qarşılıqlı hörmətin və mədəniyyətlərarası dialoqun inkişafı istiqamətində həyata keçirdiyiniz fəaliyyətə görə Sizə təşəkkürümü bildirirəm.
Bu mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin multikultural həyatında mühüm hadisədir. Dünyanın müxtəlif ölkələrindən tanınmış insanların Bakıda bir araya gəlməsi Azərbaycanın beynəlxalq nüfuzuna, ölkəmizin dünyada tanıdılmasına mühüm töhfə verir.
Hörmətlə,
Bünyatov Hüseyn Bəhman oğlu
Azərbaycan Respublikası, Lerik rayonu, Barzavu kəndi.