Türkiyədə Cümhuriyyət Bayramı belə qeyd edildi - VİDEO

Türkiyədə 30 isti hava şarı Atatürk portretləri və bayraqlarla Pamukkale səmasında uçuş icra edib.

Bu barədə Anadolu Agentliyi video görüntülər yayıb.

Məlumata görə, Türkiyənin Dənizli şəhərində 29 Oktyabr Cümhuriyyət Bayramı münasibətilə Atatürk portretləri və Türkiyə bayraqları ilə bəzədilmiş 30 isti hava şarı Pamukkale üzərində uçuş həyata keçirib.