107 yaşın sirrini açıqladı:

“Mən heç vaxt çox yeməmişəm. Balıq və kartof qızartması ilə yaşamışam”.

Bu sözləri Uelsdə yaşayan 107 yaşlı İkinci Dünya müharibəsi veteranı Ouen Filer uzunömürlülüyünün sirrindən danışarkən deyib.

O, xüsusi reseptinin olmadığını, həyatı boyu çalışdığını və düzgün yaşamağa üstünlük verdiyini bildirib.

“Xüsusi resept yoxdur. Həyatım boyu həmişə işləmişəm. İnsan sadəcə düzgün yaşamalıdır”, - deyə Filer vurğulayıb.

Qeyd edək ki, 1919-cu ildə anadan olan veteran İkinci Dünya müharibəsi zamanı Britaniya ordusunda xidmət edib. Onun dörd övladı, 10 nəvəsi və 15 nəticəsi var.