Möhtərəm cənab Prezident,

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı, BMT-nin Sivilizasiyalar Alyansının, UNESCO-nun, Ümumdünya Turizm Təşkilatının və ICESCO-nun tərəfdaşlığı ilə keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə təşkili və ölkəmizin beynəlxalq dialoq, sülh və qarşılıqlı anlaşma proseslərinə verdiyi mühüm töhfələrə görə Sizə dərin təşəkkürümü və ehtiramımı bildirirəm.

“Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunmuş bu mötəbər beynəlxalq tədbirdə media nümayəndəsi kimi iştirak etmək mənim üçün böyük şərəf və qürur mənbəyidir. Forum bir daha nümayiş etdirdi ki, Azərbaycan yalnız zəngin mədəni irsə və qədim tolerantlıq ənənələrinə malik ölkə deyil, eyni zamanda, müxtəlif xalqlar, dinlər və sivilizasiyalar arasında etimadın möhkəmləndirilməsinə, qlobal həmrəyliyin təşviqinə və davamlı sülhün təmin olunmasına mühüm töhfələr verən etibarlı beynəlxalq tərəfdaşdır.

Möhtərəm cənab Prezident, Sizin uzaqgörən rəhbərliyiniz və siyasi iradənizlə həyata keçirilən məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu və qlobal təşəbbüslərdə rolu daha da güclənmişdir. Sizin təşəbbüsünüzlə əsası qoyulmuş “Bakı Prosesi” müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun inkişafına xidmət edən mühüm beynəlxalq platformaya çevrilmişdir. Bakının növbəti dəfə dünyanın nüfuzlu siyasi, elmi, mədəni və ictimai xadimlərini bir araya gətirməsi ölkəmizin beynəlxalq əməkdaşlığa, qarşılıqlı hörmətə və sülhə sadiqliyinin parlaq təzahürüdür.

Forumun açılış mərasimindəki çıxışınız Azərbaycanın müasir dünyada yeri və rolu, milli birliyimizin qorunması, dövlət suverenliyimizin möhkəmləndirilməsi, beynəlxalq hüququn prinsiplərinə hörmət və ədalətli dünya nizamının formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Səsləndirdiyiniz fikirlər bir daha göstərdi ki, davamlı sülhün bərqərar olması yalnız qarşılıqlı etimad, bərabərhüquqlu əməkdaşlıq və beynəlxalq hüquqa hörmət əsasında mümkündür.

Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası, milli maraqlarımızın qətiyyətlə müdafiəsi, eləcə də regionda davamlı sülhün təmin olunmasına yönəlmiş təşəbbüslər dövlətçilik tariximizin mühüm nailiyyətlərindəndir. Ölkəmizin müstəqil xarici siyasəti, enerji təhlükəsizliyinə, beynəlxalq nəqliyyat əlaqələrinin genişlənməsinə və qlobal əməkdaşlığın inkişafına verdiyi töhfələr Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir.

Bir media nümayəndəsi olaraq hesab edirəm ki, belə beynəlxalq forumlar təkcə dövlətlər və xalqlar arasında münasibətlərin inkişafına deyil, həm də həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına, ölkəmizin zəngin mədəniyyətinin, tarixi irsinin və multikultural dəyərlərinin beynəlxalq səviyyədə tanıdılmasına mühüm imkanlar yaradır. Forumda media nümayəndəsi kimi iştirakım Azərbaycanın sülhə, dialoqa və qarşılıqlı anlaşmaya əsaslanan siyasətini daha yaxından tanımaq, həmçinin bu dəyərlərin ictimaiyyətə çatdırılmasında medianın rolunu bir daha dərk etmək baxımından xüsusi əhəmiyyət kəsb edir.

Möhtərəm cənab Prezident!

Sizin rəhbərliyinizlə həyata keçirilən dövlət siyasətində milli-mənəvi dəyərlərin qorunması, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, elm və təhsilin inkişafı, mədəniyyətin təşviqi və beynəlxalq humanitar əməkdaşlığın genişləndirilməsi mühüm yer tutur. İnanıram ki, bu istiqamətlərdə həyata keçirilən ardıcıl tədbirlər Azərbaycanın gələcək inkişafına, milli həmrəyliyimizin daha da güclənməsinə və ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edəcəkdir.

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun uğurla keçirilməsi Azərbaycan dövlətinin beynəlxalq təşəbbüslərinin, mədəniyyətlərarası anlaşmaya verdiyi dəyərin və sülh naminə əməkdaşlıq iradəsinin növbəti təsdiqidir. Belə mötəbər platformaların ölkəmizdə təşkil olunması Azərbaycanın qlobal miqyasda dialoq və əməkdaşlıq mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirir.

Bu əlamətdar beynəlxalq tədbirin yüksək səviyyədə təşkilinə, Azərbaycanın dünyada sülhün, tolerantlığın və mədəniyyətlərarası dialoqun təşviqinə verdiyi töhfələrə, eləcə də ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsi istiqamətində həyata keçirdiyiniz ardıcıl siyasətə görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm.

Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə yeni nailiyyətlər, Azərbaycan xalqına isə daim sülh, əmin-amanlıq, firavanlıq və tərəqqi arzulayıram.

Tanrı Sizi və ailənizi qorusun.

Hörmətlə,

Məmişov Pərviz, jurnalist

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.