Moskvadakı Şeremetyevo beynəlxalq hava limanının yaxınlığında vurulduğu ehtimal edilən pilotsuz uçuş aparatının (PUA) qalıqlarının düşməsi nəticəsində yanğın baş verib.
Moderator.az xəbər ki, bu barədə Ukrayna və Rusiyanın monitorinq kanalları video və fotoşəkillər paylaşıblar. Məlumata görə, yanğın hava limanı yaxınlığında yerləşən və "Rostneft" şirkətinə məxsus neft bazasında baş verib.
Bildirilib ki, hadisədən bir qədər əvvəl Şeremetyevo ərazisində hava hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq elan olunub.
PUA-nın həmin əraziyə düşməsi, mümkün dağıntılar və tələfat barədə rəsmi məlumat verilməyib.