Fələstin lideri Mahmud Abbas Cənubi Kiprə işgüzar səfər edib.
Bu barədə Cənubi Kipr hökumətindən məlumat verilib.
Məlumata görə, Abbas səfər çərçivəsində Cənubi Kipr Prezidenti Nikos Xristodulidislə danışıqlar aparacaq.
Abbasın səfəri oktyabrın 29-dan 30-dək davam edəcək.
Şimali Kipr Türk Respublikası Xarici İşlər Nazirliyi isə Mahmud Abbasın səfəri ilə bağlı etirazını bildirib.
“Bu güclü tarixi həmrəylik ruhuna uyğun olaraq, Şimali Kipr Türk Respublikasının qanuni hüquqlarının və həssas məqamlarının nəzərə alınması ilə bağlı gözləntimizi vurğulamaq istəyirik. Adada iki fərqli xalqın və iki ayrı dövlətin mövcudluğu reallığını nəzərə alsaq, Kipr türk xalqının iradəsi nəzərə alınmadan həyata keçirilən bu səfər, Kipr türk icması tərəfindən üzüntü ilə qarşılanıb”, - nazirliyin X hesabında yaydığı bəyanatında bildirilib.