Türkiyənin Nevşehir vilayətində turistlərin sıx üz tutduğu Kapadokya bölgəsində qaya sütunu uçub.
TGRT Haber-in məlumatına görə, hadisə muzeyin girişində baş verib. Əraziyə çoxsaylı təcili tibbi yardım briqadaları göndərilib.
Telekanalın ilkin məlumatında ölən və yaralananların olduğu bildirilir. Onların sayı və vəziyyəti barədə hələlik ətraflı məlumat açıqlanmayıb.