Bakı, 29 oktyabr, AZƏRTAC Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Orqanının (Nazaha) prezidenti Mazin bin İbrahim əl-Kahmusun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşündə iştirak edib.AZƏRTAC xəbər verir ki, oktyabrın 29-da Baş prokuror Kamran Əliyev Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Orqanının prezidenti Mazin bin İbrahim əl-Kahmus ilə görüşüb.Görüşdə Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, dövlət idarəçiliyinin təkmilləşdirilməsi və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində görülən tədbirlər, habelə əldə olunan müsbət nəticələr barədə məlumat verib.Baş prokuror Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasında dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın siyasi, iqtisadi, enerji və humanitar sahələrdə ardıcıl inkişaf etdiyini vurğulayıb. Eyni zamanda, Səudiyyə Ərəbistanının Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə beynəlxalq platformalarda, o cümlədən Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində göstərdiyi dəstəyin ikitərəfli münasibətlərin mühüm istiqamətlərindən biri olduğu qeyd edilib.Görüş zamanı Baş prokuror Bakıda keçirilmiş yüksəksəviyyəli görüşün uğurla təşkil olunmasının İƏT-ə üzv dövlətlər arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın dərinləşdirilməsi, əlaqələndirmənin gücləndirilməsi və birgə fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın Məkkə Əl-Mükərrəmə Konvensiyasını imzalamasının korrupsiyaya qarşı mübarizədə beynəlxalq hüquqi əməkdaşlığın möhkəmləndirilməsinə, dövlətlər arasında operativ məlumat mübadiləsinin genişləndirilməsinə və cinayət yolu ilə əldə edilmiş aktivlərin aşkar olunaraq geri qaytarılması sahəsində qarşılıqlı fəaliyyətin inkişafına töhfə verəcəyini qeyd edib.Bundan başqa, Baş prokuror 2025-ci ilin oktyabrında Ciddə şəhərində keçirilmiş MENA-ARIN (Yaxın Şərq və Şimali Afrika Regional Aktivlərin Qaytarılması Şəbəkəsi) regional aktivlərin qaytarılması şəbəkəsinin ilk illik iclası çərçivəsində Mazin bin İbrahim əl-Kahmus ilə görüşünü xatırladaraq, bu təmasların əhəmiyyətini vurğulayıb. O, həmin görüşlərdə müzakirə olunan məsələlərin davamlı dialoq və təcrübə mübadiləsi vasitəsilə praktiki əməkdaşlığın genişləndirilməsinə imkan yaratdığını bildirib.Öz növbəsində, Nazaha-nın prezidenti Mazin bin İbrahim əl-Kahmus görüşün əvvəlində İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşünün yüksək səviyyədə təşkilinə və uğurla keçirilməsinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib. O, bu cür beynəlxalq tədbirlərin korrupsiyaya qarşı mübarizə sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi, dövlətlərarası əlaqələrin möhkəmləndirilməsi və birgə təşəbbüslərin təşviqi baxımından əhəmiyyətini vurğulayıb.Görüş çərçivəsində 2023-cü ilin noyabrında imzalanmış əməkdaşlıq memorandumunun icra vəziyyəti və İƏİT, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi, GlobE Network və digər beynəlxalq platformalar çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Bu kontekstdə tərəflər arasında mövcud əməkdaşlıq mexanizmlərinin səmərəliliyinin artırılması, əlaqələndirici qurumlar arasında operativ təmasların gücləndirilməsi, korrupsiya cinayətləri üzrə məlumat mübadiləsinin genişləndirilməsi və qarşılıqlı hüquqi yardım imkanlarından daha səmərəli istifadə edilməsi məsələlərinə diqqət yetirilib.Baş prokuror Səudiyyə Ərəbistanının korrupsiyaya qarşı mübarizə sahəsində qlobal təşəbbüslərini, o cümlədən GlobE Network-un yaradılması və Korrupsiyanın Ölçülməsi üzrə Qlobal Təşəbbüsün həyata keçirilməsi istiqamətində səylərini yüksək qiymətləndirib. Azərbaycanın bu təşəbbüslərə verdiyi dəstəyin bariz nümunəsi kimi 2025-ci ilin mayında Bakıda GlobE Network-un 6-cı Plenar İclasının və İdarəetmə Komitəsinin 10-cu iclasının keçirilməsi diqqətə çatdırılıb.Tərəflər korrupsiyaya qarşı mübarizənin yalnız milli səviyyədə deyil, həm də beynəlxalq və regional əməkdaşlığın əlaqələndirilmiş şəkildə həyata keçirilməsini tələb etdiyini vurğulayıblar. Bu baxımdan, transsərhəd korrupsiya cinayətlərinin aşkar edilməsi və istintaqı, cinayət yolu ilə əldə edilmiş aktivlərin müəyyənləşdirilməsi, izlənilməsi, dondurulması, müsadirəsi və qanuni sahiblərinə qaytarılması, habelə bu istiqamətlərdə operativ məlumat mübadiləsinin təşkili üzrə təcrübə və informasiya mübadiləsinin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Beynəlxalq əməkdaşlıq platformalarının imkanlarından istifadə, mütəxəssislərin peşəkar hazırlığı və birgə fəaliyyətin praktiki nəticələrinin artırılması da müzakirə olunub.Görüş zamanı Azərbaycan Respublikasının prokurorluq orqanları ilə səmərəli əməkdaşlığına, korrupsiyaya qarşı mübarizə sahəsində ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə, beynəlxalq platformalar çərçivəsində qarşılıqlı fəaliyyətin və təcrübə mübadiləsinin genişləndirilməsinə verdiyi töhfələrə görə Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Orqanının (Nazaha) prezidenti Mazin bin İbrahim əl-Kahmus "Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı ilə təltif edilib.Görüşdə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli, həmçinin Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri və İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi Mütəllim Mirzəyev iştirak ediblər. Müxbir – Göyçək Mahmudlu Fotoqraf – Azər İbrahimov
Bu gün
247 xəbər bu gün
6 mərtəbəli binanın zirzəmisində qanunsuz söküntü və tikinti işləri aparıldığı iddia olunur... Görüntülər Masazırda yerləşən "Qurtuluş 93" Mənzil-İstismar Kooperativinin ərazisindəki 87 saylı binadandır. İddiaları…
Bakı, 31 oktyabr, AZƏRTAC ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin həlli üzrə danışıqların davam etdiyini, lakin Vaşinqtonun bu prosesdə tələsmədiyini bildirib.AZƏRTAC xəbər verir ki, Tramp bu barədə Ağ Evdə…
Депутат польского сейма (парламента), лидер партии "Новая надежда" Славомир Ментцен узнал о возможной подготовке полиции к госперевороту. Как передает Day.Az со ссылкой на Lenta.ru, об этом он написал в соцсети X. Он…
Polşada Konstitusiya Tribunalının sədri və sədr müavininin xidməti səlahiyyətləri bir ay müddətinə dayandırılıb. Polşa Mətbuat Agentliyinin (PAP) məlumatına görə, Konstitusiya…
ABŞ Konqresinə aralıq seçkilərdən bir gün sonra İrana yenidən zərbələr endirə bilər. Bu barədə "MS NOW" telekanalı mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, ABŞ administrasiyası Fars körfəzi ölkələrini noyabrın…
Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşündə iştirak və çıxış edib. Bu barədə Xarici İşlər Nazirliyindən…
Rusiyanın Sankt-Peterburq şəhərində mənzillərdən birində mumiyalanmış kişi cəsədi tapılıb.
Сегодня звезды гороскопа будут щедро наполнять вас активной энергией, целеустремленностью и верой в собственные силы. Все это, безусловно, очень позитивно. Стоит только захотеть, и вам окажутся по плечу любые достижения!
Polşa prezidentinin Konstitusiya Tribunalının binasına daxil olmasına mane olmaq cəhdi onun toxunulmazlığının pozulmasıdır Bunu Polşa Prezidentinin mətbuat katibi Rafal Leşkeviç X sosial şəbəkəsində bildirib…
Yay aylarında günəş şüaları, isti hava, dəniz suyu, xlorlu hovuzlar və kondisioner dərinin nəm balansına təsir göstərir. Nəticədə payızda dəridə quruluq, qabıqlanma, həssaslıq, rəng bərabərsizliyi və piqment ləkələri…
Bakı, 31 oktyabr, AZƏRTAC İsrail ordusu Qəzza zolağında keçirdiyi hava hücumu nəticəsində HƏMAS-ın hərbi qanadının komandiri Cəmil Əbu Təkiyanın öldürüldüyünü açıqlayıb.AZƏRTAC xəbər verir ki, bu barədə İsrail ordusunun…
Polşa prezidenti Karol Navrotski ölkədə Konstitusiya Məhkəməsi ətrafında yaranmış böhranla əlaqədar Seneqala səfərini yarımçıq dayandıraraq Varşavaya qayıdıb
BMT Təhlükəsizlik Şurası Liviyadakı BMT Dəstək Missiyasının (UNSMIL) fəaliyyət müddətini 31 oktyabr 2027-ci ilədək uzadıb
Polşanın Çin və Rumıniyadakı səfirləri Yakub Kumox və Pavel Solox Konstitusiya Məhkəməsi ətrafında yaranmış böhranla əlaqədar vəzifələrini icra etməkdən imtina ediblər
Polşanın dövlətə məxsus “TVP Info” telekanalı Varşavada Konstitusiya Məhkəməsinin binası qarşısında keçirilən etiraz aksiyasının canlı yayımını dayandırıb
ABŞ alimlərinin araşdırmasına görə, şəkər əlavə edilməmiş zoğal şirəsi diş çürüməsinə səbəb olan bakteriyaların fəaliyyətini zəiflədə bilər. Çikaqodakı İllinoys Universitetinin tədqiqatçıları zoğal şirəsinin ağız…
Fransanın paytaxtı Parisdə həftəsonu planlaşdırılan kütləvi etiraz aksiyaları ilə əlaqədar iki ərazidə komendant saatı tətbiq ediləcək.
Almaniyada 62 yaşlı müəllim 16 il ərzində xəstəlik məzuniyyətində olmasına baxmayaraq, rəsmi maaş alıb. Bu müddətdə onun dalğıclıqla məşğul olduğu üzə çıxıb.
Türkiyənin Edirnə şəhərində tur avtobusunun TIR-a arxadan çırpılması nəticəsində Bolqarıstan vətəndaşı olan 10 turist yaralanıb. Qəza yerli vaxtla saat 01:30 radələrində baş verib. Belə ki, Bolqarıstanın Ruse şəhərindən…
Bakı. Trend: "Çelsi"nin futbolçusu Estevao karyerasını İspaniya La Liqasında davam etdirə bilər. "Barselona" braziliyalı vingerin xidmətində maraqlıdır. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb…
Ukrayna Prezidenti Volodimir Zelenski "Rassvet" peyk rabitəsi sisteminin yaradılmasında iştirak edən Rusiya şirkətləri və fiziki şəxslərinə, eləcə də Rusiyanın "kölgə donanması"nın 39 gəmisinə qarşı sanksiyaların tətbiq…
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən bu il əlilliyi olan daha 826 şəxsə ehtiyac duyduqları reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib…
Депутат Европарламента от Польши Ева Зайончковская-Герник призвала отстранить Дональда Туска с поста премьер-министра страны. Как передает Day.Az со ссылкой на Lenta.ru, об этом она написала на своей странице в соцсети…
В подвале шестиэтажного жилого дома на территории жилищно-эксплуатационного кооператива "Гуртулуш 93" в Масазыре, предположительно, проводятся незаконные демонтажные и строительные работы. Как передает Day.Az, по словам…
Malayziyada timsah 14 yaşlı məktəbliyə hücum edərək onu suyun altına çəkib və parçalayıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı yaxınlığında, Keşm adası üzərində daha bir ABŞ-yə məxsus MQM-170 kəşfiyyat pilotsuz uçuş aparatını ələ keçirdiyini açıqlayıb. Hərbçilərin bəyanatını İranın…
ABŞ Prezidenti Donald Tramp Rusiya Birbaşa İnvestisiya Fonduna qarşı tətbiq olunan sanksiyaların hələlik qüvvədə qalacağını bildirib. Tramp bu barədə Ağ Evdə jurnalistlərin sualını…
İsrail ordusu Qəzza zolağında növbəti əməliyyat keçirərək HAMAS-ın hərbi qanadının komandirlərindən biri Cəmil Əbu Təkiyənin öldürüldüyünü açıqlayıb
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın dövlət katibi Marko Rubio ilə görüşüb
Astroloqların proqnozlarına görə, yaxın dövrdə bəzi bürclər üçün maddi imkanların genişlənəcəyi və yeni qazanc yollarının yaranacağı proqnozlaşdırılır. Tərəzi, Qız və Xərçəng bürcləri maliyyə sahəsində müsbət…
Bakı, 31 oktyabr, AZƏRTAC Şimali Koreya ABŞ və Qərb ölkələrinin tətbiq etdiyi sanksiyaların ölkənin nüvə statusuna və hərbi potensialının gücləndirilməsinə təsir göstərmədiyini bəyan edib.AZƏRTAC xəbər verir ki, bu…