Vyentyan, 29 oktyabr, AZƏRTACRəsmi adı Laos Xalq Demokratik Respublikası olan bu ölkə Cənub-Şərqi Asiyada dənizə çıxışı olmayan yeganə dövlətdir. Hind-Çin yarımadasında yerləşən Laos gözoxşayan təbiəti, keşməkeşli tarixi, çoxmillətli əhalisi, buddizm abidələri, mədəni irsi, əhalisi üçün həyatı əhəmiyyəti olan Mekonq çayı ilə turistlər üçün hələ də kifayət qədər kəşf olunmamış ölkədir. Dünyadakı rəsmi olaraq 5 kommunist ölkədən biri olan Laosda 1975-ci ildə sosialist sistemə əsaslanan Xalq Demokratik Respublikası qurulub. Vyetnam müharibəsi dövründə ABŞ tərəfindən atılan bombaların sayına görə dünyada ən çox bombalanmış ölkə ünvanını “əldə edən” Loas uzun illər keçmiş Sovet İttifaqı ilə sıx əlaqələr saxlayıb. Onun beynəlxalq təcriddən çıxması 1980-ci illərin 2-ci yarısından etibarən iqtisadi islahatlar, qonşu ölkələrlə münasibətlərin normallaşdırılması və beynəlxalq təşkilatlara inteqrasiya vasitəsilə həyata keçirilib. “Fillər ölkəsi”, “Mağaralar ölkəsi” kimi də tanınan Laosun əhalisinin əsas hissəsini laolar təşkil edir. Laosun iqtisadiyyatında aqrar sahənin böyük payı var. İstehlak xarakterli kənd təsərrüfatı ÜDM-in yarısını, məşğulluğun isə 80 faizini təmin edir. Turizm sektoru da Laos iqtisadiyyatında önəmli yer tutur. Əhalinin təxminən 9 faizi turizm sənayesində çalışır. Laosun təxminən 8 milyon əhalisi var. Ölkənin ən böyük və əsas şəhəri paytaxt Vyentyandır. Burada fransız kolonial arxitekturasının izlərini görmək mümkündür. Vyentyanın düz mərkəzində yerləşən “Patusay” memorial abidəsi isə Fransa müstəmləkəçiliyinə qarşı laosluların mübarizəsini simvolizə edir. Təxminən 60 il davam etmiş Fransa müstəmləkəçiliyi dövrü Laosun tarixində acı izlər buraxıb. Bu izlərin ilk sırasında əmək istismarı durur. Amma bu cür ağır təzyiqlər Laos xalqının azadlıq istəyini sındıra bilmədi və Laos 1953-cü ildə müstəqilliyini bərpa edib. Paytaxt Vyentyanın mərkəzində ucaldılan və Laos dilində “Zəfər yolu” mənasını verən “Patusay” abidəsi isə Fransa müstəmləkəçiliyinə qarşı mübarizədə həlak olanların xatirəsinə inşa edilib.Ölkənin iqtisadi, mədəni, elm və təhsil mərkəzi olan paytaxt Vyentyanda əcnəbi turistlər üçün ən çox diqqət çəkən məqamlardan biri küçədə şütüyən rikşalardır. Onlar Laosda əvəzolunmaz ucuz nəqliyyat vasitəsidir.Paytaxt Vyentyan Asiyanın ən uzun çaylarından biri olam Mekonqun sol sahilində yerləşir. Mekonq laoslular üçün adi bir çay deyil. Bu ölkədə hər şey Mekonqla bağlıdır, özü də tarixən. Mekonq çayı ölkənin əsas su mənbəyi olmaqla yanaşı, əhalinin məşğuliyyəti, güzəranı üçün böyük rol oynayır. Elə buna görə də Laosda Mekonqu “Müqəddəs su yolu” adlandırırlar.Laos əhalisinin təxminən 66 faizi buddizmə inanır. Buddizm Laosun dini və milli-mədəni həyatında mühüm yer tutur. Buddist məbədləri yalnız ibadət yeri deyil, həm də təhsil, icma həyatı və ənənələrin qorunması mərkəzləridir. Laosda ən məşhur buddist abidəsi Vyentyan şəhərinin əlamətdar məkanlarından olan “Pha That Luang” məbədidir. Həm müqəddəs dini məkan, həm də milli rəmz kimi ehtiram göstərilən bu abidənin qızılla örtülmüş 45 metr hündürlüyündə stupası Laos kimliyinin daimi simvoluna çevrilmişdir. Laosda dünyaca məşhur olan digər buddizm abidəsi, daha doğrusu abidə kompleksi isə budda parkıdır.Laosun kənd təsərrüfatında düyüçülük üstünlük təşkil edir. Əkinə yararlı torpaqların təxminən 80 faizi düyü yetişdirmək üçün istifadə olunur. Laos mətbəxinin əvəzolunmaz ərzağı isə düyüdür. Laoslular adambaşına istehlak olunan düyü miqdarına görə dünyada birinci yerdədilər. Orta hesabla hər laoslu il ərzində 170 kq düyü yeyir ki, bu da gündə təxminən yarım kilo edir. Laosda küçə yeməkləri o qədər ucuzdur ki, dünyaca tanınmış fast-fud şəbəkələri bəlkə də qiymət rəqabətindən çəkindikləri üçün Laosda fəaliyyət göstərmirlər. Şahin Cəfərov AZƏRTAC-ın xüsusi müxbiri Vyentyan
Bu gün
2660 xəbər bu gün
Двукратный чемпион мира и трёхкратный чемпион Европы по бальным танцам Арсен Агамалян сообщил, что 30 октября выступит в Баку на Azerbaijan Dance Festival 2026. Как...
Премьер-министр Армении Никол Пашинян заявил об отсутствии альтернативы миру с Азербайджаном, подчеркнув необходимость его институционального закрепления. «Я снова говорю: я не вижу альтернативы миру. Сейчас...
В Министерстве внутренних дел Азербайджана 29 октября состоялось заседание коллегии, посвященное итогам оперативно-служебной деятельности за девять месяцев 2026 года и предстоящим задачам. Министр внутренних дел...
Подготовка стратегии развития финансового сектора Азербайджана на 2027-2030 годы близится к завершению. Как передает Day.Az со ссылкой на Trend, об этом заявил председатель Центрального банка Азербайджана (ЦБА) Талех…
С 1 января по 15 октября пассажиры забыли в поездах Азербайджана более 800 вещей. Со ссылкой на ЗАО "Азербайджанские железные дороги" (ADY), в среднем пассажиры оставляют в вагонах по 80-90 вещей в месяц.
Банковский сектор составляет 94-95 процентов финансового сектора Азербайджана. Как передает Day.Az, об этом заявил председатель Центрального банка Азербайджана (ЦБА) Талех Казымов на пресс-конференции в четверг…
Молодой актер Эльдар Искендеров, внук легендарного актера и режиссера, народного артиста Азербайджана Шахмара Алекперова, уверенно заявляет о себе в мировом кинематографе.
İsraildə Knessetə keçirilən seçkilərdə səslərin hesablanması davam edir. Mərkəzi Seçki Komissiyasının oktyabrın 29-na olan son məlumatlarına görə, Baş nazir Benyamin Netanyahunun blokuna daxil olan partiyalar 53, Qadi…
Ermənistanın paytaxtı İrəvandan Rusiyanın Mineralnıye Vodı şəhərinə uçan təyyarə havaya qalxdıqdan təxminən 15 dəqiqə sonra təhlükə siqnalı verib.
Azərbaycanda minimum əməkhaqqı 2027-ci ilin yanvarından artırıla bilər. Bunu Modern.az-a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.
Bakıda iri supermarket şəbəkələrindən birinin keçmiş filial müdiri həbs edilib. Day.Az xəbər verir ki, "qafqazinfo"nun əldə etdiyi məlumata görə, Biləcəridə yerləşən filialın müdiri M.Hüseynov satıcı-anbardarla birgə…
Oktyabrın 29-da Daxili İşlər Nazirliyində 2026-cı ilin 9 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib.
Bakı, 29 oktyabr, AZƏRTACGeosiyasi qarşıdurmaların dərinləşdiyi, regional münaqişələrin genişləndiyi, dövlətlər və cəmiyyətlər arasında etimadın zəiflədiyi bir şəraitdə dialoq anlayışı əvvəlkindən daha böyük siyasi və…
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Orqanının (Nazaha) prezidenti Mazin bin İbrahim əl-Kahmusun…
Xocalıda kəndlinin atlarını icazəsiz sürənlər saxlanılıb. hadisə Daşbulaq kəndində qeydə alınıb. Kəlbəcər sakini olan 41, 46 və 51 yaşlı şəxslər sərxoş halda örüş yerində…
Sosial şəbəkələrdə "Kampus" özəl tələbə yataqxanasına daxil olan naməlum kişinin bir neçə qızın otağının qapısını döyərək onları narahat etdiyi iddia olunur. Hadisənin səhər saatlarında baş verdiyi, həmin vaxt…
Bakı, 29 oktyabr, AZƏRTACOktyabrın 29-da Daxili İşlər Nazirliyində 2026-cı ilin 9 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.Bu barədə AZƏRTAC-a…
MDB-yə üzv dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının növbəti iclası Qırğızıstanda keçiriləcək Xankəndi, 29 oktyabr, AZƏRTACAzərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak…
Bakı, 29 oktyabr, AZƏRTAC İspaniyanın Toledo əyalətində, Madridin cənubunda iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 69-a çatıb.AZƏRTAC xəbər verir ki, bu barədə Kastilya-La Mança bölgəsinin prezidenti Emiliano…
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını və onun institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini bildirib. “News-Armenia” xəbər verir ki, o, hökumət başçısı…
Bakı, 29 oktyabr, AZƏRTAC Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin qlobal siyasi dialoqda artan rolunun, beynəlxalq nüfuzunun və müxtəlif tərəflər arasında qarşılıqlı anlaşmanın təşviqinə verdiyi…
Maliyyə Nazirliyi yanvar-sentyabr aylarında dövlət borcu və öhdəliklərinə xərclənən vəsaiti açıqlayıb. Daxili və xarici borc ödənişlərinin ən son rəqəmləri ilə tanış olun
Oktyabrın 29-da Daxili İşlər Nazirliyində 2026-cı ilin 9 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib. Bu barədə DİN-dən məlumat verilib. İclası…
Oktyabrın 29-da Daxili İşlər Nazirliyində 2026-cı ilin 9 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib.Bu barədə Oxu24.com-a DİN-dən məlumat…
Oktyabrın 29-da Daxili İşlər Nazirliyində 2026-cı ilin 9 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib. Bu barədə DİN-dən məlumat verilib. İclası…
Bakı, 29 oktyabr, AZƏRTAC Azərbaycançılıq ideologiyası müasir Azərbaycan dövlətçiliyinin ideya əsaslarından biri olmaqla, milli birliyin qorunması, cəmiyyətdə həmrəyliyin möhkəmləndirilməsi və ölkənin strateji…
Hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə qeydə alınmış 22.804 cinayətin 90,5 faizinin açılması təmin olunub. Bu barədə oktyabrın 29-da Daxili İşlər…
Bakı, 29 oktyabr, AZƏRTACAzərbaycanın kamandan oxatma üzrə milli komandası İraqın Süleymaniyə şəhərində keçirilən Asiya Kubokunda uğura imza atıb.Kamandan Oxatma Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Lalə…
Ötən illərdən bağlı qalmış 294 cinayət açılıb və axtarışa elan edilmiş şəxslərin 87,2 faizi tutulub. Bu barədə Daxili İşlər Nazirliyində 2026-cı ilin 9 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran…
Hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə qeydə alınmış 22.804 cinayətin 90,5 faizinin açılması təmin olunub. Bu barədə oktyabrın 29-da Daxili İşlər…
Bakı, 29 oktyabr, AZƏRTAC AMEA Folklor İnstitutunun Cənubi Azərbaycan folkloru şöbəsində elmi seminar keçirilib.İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda şöbənin böyük elmi işçisi Səbuhi Bədəlovun “Güney Azərbaycan…
Abşeron rayonu Xırdalan şəhərində "Zaporojets" markalı, 50-BD-636 dövlət qeydiyyat nişanlı avtomobillə avtoxuliqanlıq edən sürücü M.Quliyev yol polisi tərəfindən saxlanılıb.
"Azərbaycan Hava Yolları" QSC (AZAL) və "Sea Breeze"in birgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafat olaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayış kompleksində mənzil…
Tanınmış yazıçı Əmir Pəhləvan hələ 1996-cı ildə Ramiz Mehdiyevə şeir həsr etməsi barədə məlumat vermişdik.Oxu24.com bildirir ki,"İblis" adlı şeir 1996-cı ildə mətbuatda çap olunub.Həmin şeirdə Mehdiyev sərt şəkildə…
Bakı, 29 oktyabr, AZƏRTAC Bakıda İspaniyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan IE Universitetinin Liderlik və İnnovasiya Mərkəzinin (IE Hub for Leadership and Innovation) açılışı olub.SOCAR-dan AZƏRTAC-a…
“DS Trade Makina Sanayi ve Ticaret” MMC ləğv olunduğunu elan edib. Şirkətin kreditorları iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, Azure Business Mərkəzi, 12-ci mərtəbə, 76 nömrəli ofis…
Oktyabrın 29-da Daxili İşlər Nazirliyində 2026-cı ilin 9 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş...
Ötən illərdən bağlı qalmış 294 cinayət açılıb və axtarışa elan edilmiş şəxslərin 87,2 faizi tutulub.
Hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə qeydə alınmış 22.
Estoniya Müdafiə Nazirliyi Rusiya ilə sərhəd boyu müdafiə xəttini gücləndirmək məqsədilə 150-yə yaxın müdafiə bunkeri inşa etməyi planlaşdırır. Bu barədə "ERR" teleradioşirkəti Estoniya Müdafiə Qüvvələrinin komandanı…