“DS Trade Makina Sanayi ve Ticaret” MMC ləğv olunduğunu elan edib.
Şirkətin kreditorları iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, Azure Business Mərkəzi, 12-ci mərtəbə, 76 nömrəli ofis ünvanına bildirə bilərlər.
Türkiyə şirkəti 2011-ci ildə yaradılıb. Müəssisə sement, mədənçıxarma və bərpa olunan enerji də daxil olmaqla müxtəlif sektorlara maşın və ehtiyat hissələrinin istehsalı, eləcə də dizayn və layihələndirmə xidmətləri göstərmək məqsədilə fəaliyyətə başlayıb.