Rəsmi Seul Hörmüz boğazına hərbi qüvvə göndərməklə bağlı ABŞ-la danışıqlar aparır

Cənubi Koreya hələ də Hörmüz boğazına hərbi qüvvə göndərməyi nəzərdən keçirir.

“Reuters”in xəbərinə görə, bunu Cənubi Koreya prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Vi Sunqlac detib.

Onun sözlərinə görə, potensial ezama dəniz patrulu məqsədilə istifadə olunan hava nəqliyyatı vasitəsi də daxildir.

Müşavir rəsmi Seulun məsələ ilə bağlı ABŞ-la danışıqlar apardığını bildirib və Cənubi Koreya qüvvələrinin döyüş əməliyyatlarında iştirakını istisna edib.