Zaurdan MƏSLƏHƏT: “Var, dedikcə çıxıb oturacaqlar çiyninizdə”

“Var dedikcə elə bilirlər, borclusan. Elə bilirlər, sən elə onlara xidmət etməlisən”.

Bu sözləri aparıcı Zaur Baxşəliyev sosial media hesabındakı videopaylaşımında deyib.

O, yaxşılığı unudan insanlara ünvanladığı sərt sözlərlə diqqəti üzərinə çəkib:

“Məndən sizə bir məsləhət, yox deməyi öyrənin. Var, dedikcə çıxıb oturacaqlar çiyninizdə. Var, dedikcə elə bilirlər, yatırım üstə oturmusan, göydən tökülür, əziyyət çəkmirsən. Var, dedikcə elə bilirlər, borclusan. Elə bilirlər, sən elə onlara xidmət etməlisən. Yox deyin, görün çiyninizdən nə tez düşürlər, boynunuzdan nə tez enirlər. “Balın zəhərdir”, nə tez deyirlər. Nə tez dünənə kimi dost deyənlər düşmənə çevrilirlər. Dostunuzun, düşməninizin sayını bilmək istəyirsinizsə, səxavət kisənizin ağzını bağlayın”.