Hörmətli cənab Prezident!
Avropa Azərbaycan Mərkəzi və Almaniya Azərbaycanlıları Alyansı adından 27 oktyabr 2026-cı ildə Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışınızı böyük maraq və qürur hissi ilə dinlədik.
Çıxışınızda beynəlxalq ictimaiyyətə ünvanladığınız mühüm siyasi mesajlar, xüsusilə dövlətlərin suverenliyinə hörmət, beynəlxalq hüququn bütün ölkələrə münasibətdə bərabər tətbiqi və ikili standartlara son qoyulması ilə bağlı fikirləriniz xüsusi diqqətimizi çəkdi. Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etməyiniz, eyni zamanda Vətən müharibəsində qazandığımız tarixi Qələbəyə baxmayaraq, qalib tərəf kimi Ermənistana sülh təklif etməyimiz və regionda davamlı sabitliyə üstünlük verməyimiz Sizin rəhbərliyinizlə həyata keçirilən müstəqil xarici siyasətin uzaqgörənliyini və məsuliyyətini bir daha nümayiş etdirdi.
Altı il əvvəl, 2020-ci ilin məhz bu günlərində Siz Müzəffər Ali Baş Komandan kimi Vətən müharibəsində Ordumuza rəhbərlik edir, xalqımızı tarixi Qələbəyə aparırdınız. Bu gün isə həmin Qələbənin nəticələrinin siyasi və diplomatik müstəvidə möhkəmləndirilməsi, Azərbaycanın milli maraqlarının beynəlxalq aləmdə qorunması istiqamətində eyni qətiyyətlə fəaliyyət göstərirsiniz.
Xaricdə yaşayan azərbaycanlılar olaraq Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu, dövlətimizin mövqeyinin dünya ictimaiyyətinə açıq və inamla çatdırılmasını, eləcə də bölgədə sülhün təmin olunması istiqamətində apardığınız siyasəti böyük rəğbət və məmnunluq hissi ilə qarşılayırıq.
Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycanımıza isə davamlı sülh, əmin- amanlıq və firavanlıq arzulayırıq.
Dərin hörmətlə,
Əliyev Zaur, Avropa Azərbaycan Mərkəzinin sədri, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü
Almaniya Federativ Respublikası, Münster şəhəri.