Əli Əsədov Gürcüstana gedəcək

Azərbaycanın Baş naziri Əli Əsədov 29-30 oktyabr tarixində Gürcüstana işgüzar səfər edəcək.

Bu barədə Gürcüstan hökumətinin administrasiyası məlumat yayıb.

Səfər çərçivəsində Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 11-ci iclası keçiriləcək.

Bundan başqa, Əli Əsədovun gürcü həmkarı İrakli Kobaxidze ilə təkbətək görüşü də planlaşdırılıb.

Azərbaycanın hökumət başçısını səfərdə iqtisadiyyat, energetika, rəqəmsal inkişaf və nəqliyyat, həmçinin, elm və təhsil nazirlərindən ibarət nümayəndə heyəti müşayiət edəcək.