Ermənistanın Müstəqillik Bəyannaməsinin mətni dövlətçilik əleyhinədir.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Paşinyan fikrini həmin sənəd əsasında müstəqil dövlət qurmağın mümkün olmaması ilə əsaslandırıb:
“Bu mətn dövlət qurmağın mümkünsüzlüyünü əks etdirir. Biz öz tariximizdən dərs çıxarmalıyıq. Dünya nizamı dağılır, biz isə belə bir şəraitdə sülhə nail ola bilmişik”.