Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında Azərbaycanın üç güləşçisi məğlub olub.
Ruzanna Məmmədova (59 kq), Rəşid Babazadə (65 kq) və Maqomedxan Maqomedov (97 kq) yarışda rəqiblərinə uduzublar.
Ruzanna Məmmədova 1/8 finalda Çin təmsilçisi Menqyu Xieyə məğlub olub. Rəqibi növbəti mərhələdə uduzduğu üçün güləşçimizin təsəlliverici görüşə qatılmaq və medal qazanmaq şansı qalmayıb.
Rəşid Babazadə 1/16 finalda qırğızıstanlı Taiyrbek Zumaşbek Uuluya, Maqomedxan Maqomedov isə 1/4 finalda Bəhreyn təmsilçisi Axmed Maqomed Tajudinova uduzub.
Azərbaycan millisinin üzvləri rəqibləri finala yüksələcəyi təqdirdə sabah təsəlliverici görüşlərə qatılmaq şansı əldə edəcəklər.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.