Əhalinin borcu idarəolunmaz səviyyəyə qalxa bilər - Mərkəzi Bank sədri

Azərbaycanda istehlak kreditləşməsi sərtdir.

Bunu Azərbaycan Mərkəzi bankının sədri Taleh Kazımov deyib.

O bildirib ki, bunun da əsas səbəbi əhalinin izafi borclanmasının qarşısını almaqdır:

“Kredit şərtlərinin sərt olmasına baxmayaraq ötən il və ondan öncə istehlak kreditlərində 15-20% artımlar var idi. Biz sərt tələbləri və məhdudiyyətləri yığışdırsaq, istehlak kreditləşməsi 40%-lərə gəlib çıxacaq. Təsəvvür edir, əhalinin borclanması hansı səviyyəyə qalxa bilər, idarə olunmayan səviyyəyə. Biz də ona görə bunu tənzimləyirik”.