Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 13-cü iclasında iştirak etmək üçün Türkiyədə səfərdədir.
Bu barədə nazirliyin sosial media hesabında məlumat paylaşılıb.
Qeyd edilib ki, Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidan tərəfindən qarşılanıb.