Ərzaq məhsulları üzrə qiymətlərin artımı 6,9% təşkil edib

Cari ilin sentyabr ayınən rəqəmləri onu göstərir ki, qida məhsulları, alkoqollu içkilər və bütün məhsulların qiymətlərinin artımı 6,9% təşkil edib.

Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri barədə qərarın açıqlanmasın dair mətbuat konfransında deyib.

O qeyd edib ki, qeyri-qida məhsullarının və xidmətlərin qiymətləri müvafiq olaraq 3,6% və 5,1% səviyyəsində formalaşıb.