"AzInTelecom"un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib

AZCON Holdinqin şirkətlərindən olan "AzInTelecom" MMC beynəlxalq səviyyədə tanınmış "WebTrust for Certification Authorities" (WebTrust for CA) auditini uğurla başa vurub. Müstəqil qiymətləndirmə şirkətin rəqəmsal imza infrastrukturunun təhlükəsizliyi və idarə olunması üzrə tətbiq edilən proseslərin beynəlxalq standartlara uyğunluğunu təsdiqləyib.