Hazırda “ASAN xidmət” təcrübəsi 50-dən çox ölkə ilə bölüşülür.
Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, dünyada “ASAN xidmət” modelini əsas götürən 600-dən çox mərkəz vasitəsilə 800 milyondan artıq insana xidmət göstərilir.
"Bu, Azərbaycanın yalnız ölkə daxilində deyil, beynəlxalq miqyasda da “heç kəsi geridə qoymamaq” prinsipinə töhfə verdiyini göstərir", - o vurğulayıb.