Ermənistan prezidentinin səhhəti pisləşib

Ermənistan prezidenti Vaaqn Xaçaturyanın səhhəti son həftələrdə pisləşib.

Bu barədə “Hraparak” məlumat yayıb. Bildirilir ki, o, 27 oktyabrda keçirilən anım mərasimində iştirak etməyib, açılış və çıxış etdiyi tədbir istisna olmaqla, COP-17-də digər tədbirlərdə iştirakını ləğv edib.

“Əldə etdiyimiz məlumata görə, o, prezident iqamətgahında tez-tez olmur. Xatırladaq ki, Xaçaturyan uzun müddətdir ki, səhhətində problem yaşayır, son vaxtlar insanlar onun xarici görünüşündə dəyişiklikləri də hiss edirlər. Dünən isə "Ermənistan Respublikasının Prezidenti Vaaqn Xaçaturyanın yüksək himayəsi altında" keçiriləcək "Dvin" kompleksində təntənəli mükafatlandırma mərasimi keçirildi, lakin o, mərasimdə iştirak etmədi, baxmayaraq ki, yüksək vəzifəli qonaqlar gəlmişdi”, - məlumatda deyilir.