2026-cı il sentyabrın 30-na Azərbaycanda bankların faiz və bu qəbildən olan gəlirləri 4 milyard 189,3 milyon manat təşkil edib.
2025-ci ilin eyni dövründə bu göstərici 3 milyard 666,8 milyon manat olub.
Beləliklə, bankların faiz və bu qəbildən olan gəlirləri illik müqayisədə 522,5 milyon manat və ya 14,2% artıb.
Hesabat dövründə bankların kreditlər üzrə gəlirləri isə 3 milyard 379,7 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 492,7 milyon manat və ya 17,1% çoxdur.
2025-ci il sentyabrın 30-na bankların kreditlər üzrə gəlirləri 2 milyard 887 milyon manat olub.