Deputatlar Atatürkün abidəsini ziyarət etdilər

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Bakı şəhərində yerləşən abidəsi ziyarət olunub.

Report-a istinadən, ziyarət Türkiyənin Cümhuriyyət Bayramı münasibəti ilə baş tutub.

Ziyarətdə Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun üzvləri iştirak ediblər.

Abidənin önünə gül dəstələri qoyulub.