Şəmkirdə ağır qəza oldu

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Apa-ya istinadən, hadisə Şəmkir-Gədəbəy yolunun Yasamal adlanan ərazidən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə "VAZ 2106" markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə minik maşını 50 metr dərəyə aşıb.

Qəza nəticəsində avtomobillin sürücüsü - Şəmkir rayon sakini 1984-cü il təvəllüdlü D.Əhmədov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.