Yaponiyanın Müdafiə Nazirliyi KXDR-in Yaponiya dənizi istiqamətində ehtimal ki, ballistik raket buraxdığını iddia edir. Nazirliyin məlumatında bildirilir ki, raket təxminən 15 dəqiqə uçub və artıq Yaponiyanın müstəsna iqtisadi zonasından kənarda dənizə düşüb.
Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Minoru Kihara Tokioda jurnalistlərə bildirib ki, hər hansı zərər qeydə alınmayıb. Yaponiya Sahil Mühafizəsi mülki gəmiləri Yaponiya dənizində aşkar edilə biləcək hər hansı qalıqlara yaxınlaşmamağa çağırıb.
Hadisə ilə əlaqədar Yaponiya hökuməti aidiyyəti qurumların nümayəndələrindən ibarət böhran qrupu yaradıb. Yaponiya hərbçilərinin iddiasına görə, KXDR-in ehtimal ki, ballistik raket olan əvvəlki buraxılışı oktyabrın 12-də qeydə alınıb.
Öz növbəsində, Koreya Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsi KXDR-in Yaponiya dənizi istiqamətində təxminən 10 ədəd qısa mənzilli ballistik raket buraxdığını iddia edir. Bu barədə Yonhap agentliyi məlumat yayıb.
Bundan əvvəl Seul ən azı bir naməlum mərminin buraxıldığını bildirmişdi.