Göygöl rayonunda yaşlı kişinin meyiti tapılıb.
Oxu.Az-a istinadən, hadisə rayonun Balçılı kəndində qeydə alınıb.
Belə ki, 1964-cü il təvəllüdlü İntiqam Musayevin meyiti yaşadığı evdə aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. İlkin ehtimala görə, 62 yaşlı kişi yıxılaraq aldığı xəsarətlər nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.