Kamran Əliyev: Azərbaycan korrupsiyaya qarşı mübarizə üzrə Məkkə konvensiyasına qoşulub

Azərbaycan korrupsiyaya qarşı mübarizə üzrə Məkkə konvensiyasına qoşulub.

Bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

"Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü keçirildi. Azərbaycan artıq korrupsiyaya qarşı mübarizə üzrə Məkkə konversiyasına qoşuldu. Yaxın zamanda bu konversiya ratifikasiya olunacaq", - Baş prokuror deyib.

Onun sözlərinə görə, bu konversiyanın müddəalarının Azərbaycan qanunvericiliyi çərcivəsində impelementasiyası həyata keçiriləcək.

Baş prokuror bildirib ki, Azərbaycanın bu konversiyasına məhz indi qoşulması çox böyük əhəmiyyət kəsb edir: “Növbəti ildən Azərbaycan bu təşkilata sədrlik edəcək. Bu dövr ərzində bütün sahələr üzrə, o cümlədən korrupsiyaya mübarizə sahəsində İƏT-ə üzv olan bütün dövlətlərlə əməkdaşlıq olacaq”.