Bakı, 28 oktyabr, AZƏRTACAFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının IX turunun oyunlarında baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edib.AZƏRTAC xəbər verir ki, “Araz-Naxçıvan” – “Qəbələ” qarşılaşmasında ev sahibi komandanın 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib. “Qəbələ” isə beş futbolçusu sarı vərəqə aldığına görə eyni məbləğdə cərimə edilib.“Şəfa” “Kəpəz”lə oyundan əvvəl matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 1500 manat cərimələnib.“Turan Tovuz”la görüşdə “Neftçi”nin müdafiəçisi İqor Ribeyro ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalanıb. Paytaxt təmsilçisi 1000 manat cərimə edilib.“İmişli” ilə matçında beş futbolçusu sarı vərəqə alan “Şamaxı” 700 manat cərimələnib.“Sabah” – “Qarabağ” matçında qonaq komandanın azarkeşləri rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər. Bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığına görə Ağdam klubu 6000 manat ziyana düşüb.Həmin qarşılaşmada “Qarabağ” azarkeşləri tərəfindən stadionda 27 skamya sındırılıb. Stadiona dəymiş zərər klub tərəfindən qarşılanmasına qərar verilib.