Bakı, 28 oktyabr, AZƏRTAC İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən hazırlanan “Sülh kitabı”nın (Book of Peace) Azərbaycana həsr edilmiş “Harmoniya çalarları: gənclərin gözü ilə Azərbaycanda sülh və multikulturalizm” adlı III nəşrinin oktyabrın 28-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təqdimatı olub. AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik zəngin mədəniyyəti, uzun illərə söykənən birgəyaşayış ənənələri və mədəniyyətlərarası dialoqa sarsılmaz sadiqliyi ilə Azərbaycanın bütün dünya üçün ilhamverici nümunə olduğunu söyləyib. O deyib ki, bu nəşr həm Azərbaycanın dialoq mədəniyyətinə ehtiramının ifadəsidir, həm də fəaliyyətə çağırışdır. “Sülh kitabı” bugünkü parçalanmış dünya üçün olduqca mühüm mesaj daşıyır. Azərbaycanın multikulturalizm ənənəsi bu kitabın səhifələrində müəlliflərin müşahidələri və təəssüratları vasitəsilə canlanır. Baş direktor qeyd edib ki, Heydər Əliyev Fondu Azərbaycanda və bütün dünyada sülh quruculuğuna əvəzsiz töhfələr verir. Fond humanitar təşəbbüsləri və mədəniyyətlərarası dialoqa verdiyi dəstək vasitəsilə icmalar arasında körpülər yaradır.Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxışında diqqətə çatdırıb ki, münaqişələrin, parçalanmanın və dözümsüzlüyün dünyanı bölməyə davam etdiyi bir dövrdə sülh və qarşılıqlı anlaşma həmişəkindən daha böyük əhəmiyyət daşıyır. ICESCO hər zaman müxtəlif mədəniyyətlərin, dinlərin və sivilizasiyaların görüş məkanı olub. Heydər Əliyev Fondu isə artıq 20 ildən çoxdur ki, mədəniyyət, təhsil, ətraf mühitin qorunması və humanitar layihələr vasitəsilə düzgün dəyərlərin təşviqi istiqamətində fəaliyyət göstərir. Fond həm Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində illər ərzində çoxsaylı tarixi və mədəni abidələri bərpa edib, yüzlərlə məktəb və uşaq bağçası tikib, milli parkların və vəhşi təbiətin qorunmasına töhfə verib, eləcə də bir çox müxtəlif layihələr həyata keçirib.Leyla Əliyeva qeyd edib ki, “Sülh kitabı” dərin məna daşıyan bir mesajı özündə ehtiva edir - sülh içində yaşamaq, hörmət görmək, başa düşülmək və qayğı ilə əhatə olunmaq.BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos son illərin diplomatiya və beynəlxalq münasibətlər tarixində onun üçün yalnız iki müsbət xəbər olduğunu diqqətə çatdıraraq deyib: "Birincisi, Cənubi Afrikada aparteid rejiminin sona çatmasıdır. İkincisi isə Prezident İlham Əliyevin dünənki çıxışında qeyd etdiyi və təşəbbüskarı olduğu Ermənistan ilə Azərbaycan arasındakı sülh müqaviləsidir”.O bildirib ki, XXI əsr müharibə və münaqişələrin sonuncu əsri olmalıdır, müharibələrə son qoymalıyıq. Sonra “Sülh Kitabı” konsepsiyası haqqında videoçarxın təqdimatı olub.Daha sonra ICESCO-nun Azərbaycandan, Qazaxıstandan, Mərakeşdən olan Sülh üzrə gənc səfirlərinin çıxışları dinlənilib.Tədbirin sonunda 10 yaşlı xanəndə Rəsul Bağırovun ifasında musiqi proqramı təqdim edilib. Eləcə də ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikə rəssam Mir Azər Abdullayevin “Qarabağa xoş gəlmişsiniz” əsəri hədiyyə olunub. Qeyd edək ki, təqdim olunan nəşr Azərbaycanın sülhün təşviqində, dinlərarası və mədəniyyətlərarası həmrəyliyin möhkəmləndirilməsində rolunu, eləcə də ölkəmizin multikulturalizm modelinin beynəlxalq əhəmiyyətini işıqlandırır.Kitabda İslam dünyasının müxtəlif ölkələrindən olan 29 gənc liderin məqalələri də yer alıb. Həmin gənclərin hər biri Azərbaycanda olub və ölkəmizin sülh, multikulturalizm, birgəyaşayış modelinə dair təəssüratlarını şəxsi təcrübələri əsasında bölüşür.
Bu gün
1602 xəbər bu gün
Əməkdar jurnalist Səadət Məmmədovanın mağazadan aldığı №1 markasına aid bir ədəd "Qarabaşaq çörəyi"nin keyfiyyətinə dair şikayəti istehsalçı müəssisədən münasibət bildirilib.
Azərbaycan millisi FIFA U-15 dünya çempionatı və festivalında bu gün sonuncu matçına çıxıb.
Azərbaycanda oktyabrın 31-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
İrəvan Ankara ilə münasibətlərin normallaşmasını istəyir, lakin Bakı ilə strateji müttəfiqliyin yaratdığı regional reallıqları da nəzərə almaq məcburiyyətindədir.Azərbaycan–Türkiyə münasibətləri Ermənistanın siyasi…
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edilib.APA-nın məlumatına görə, oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya “Molotov…
Ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşdiriləcək, həmin sahədə xidmət keçmənin hüquqi əsasları təkmilləşdiriləcək.Oxu24.com-un xəbərinə görə, bu, Milli Məclisin bugünkü plenar…
Bakı, 30 oktyabr, AZƏRTAC Noyabrın 1-də Heydər Əliyev Sarayında Rusiyanın tanınmış incəsənət xadimi, Rusiya Federasiyasının Xalq artisti Gennadi Xazanovun “Yaddaş məni bürüyüb” adlı yeni solo gecəsi keçiriləcək.AZƏRTAC…
Moskva, 30 oktyabr, AZƏRTAC Xerson vilayətinin Alyoşki şəhərində dinc sakinlərin təxliyəsi üzrə humanitar əməliyyat keçirilir. AZƏRTAC xəbər verir ki, bu əməliyyat ABŞ-nin birinci xanımı Melaniya Trampın vasitəçiliyi ilə…
Bakı, 30 oktyabr, AZƏRTAC Milli ideya hər bir xalqın tarixi inkişafında mühüm rol oynayan amillərdən biridir. O, xalqı birləşdirən, onun gələcəyə baxışını formalaşdıran ortaq dəyərlərin, tarixi konsepsiyaların, məqsəd və…
Bakı, 30 oktyabr, AZƏRTAC Azərbaycanda oktyabrın 31-nə gözlənilən hava şəraiti açıqlanıbMilli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən…
Bakı, 30 oktyabr, AZƏRTACBöyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) bu gün səhər saatlarında Hörmüz boğazında gəmidə partlayışlar və yanğın baş verdiyini açıqlayıb. AZƏRTAC xəbər verir ki, kiçik qayıq…
Bakı, 30 oktyabr, AZƏRTAC Enerji şirkəti bp-nin cari ilin üçüncü rübündəki düzəliş edilmiş mənfəəti illik müqayisədə təxminən 300 faiz artaraq 8,5 milyard dollara çatıb. AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki…
Bakı, 30 oktyabr, AZƏRTAC Azərbaycanda ərzaqlıq buğda proqramı çərçivəsində istehsal olunan məhsulun həcmi 2025-ci ildə 126 min ton olmuşdusa, cari ildə bu göstərici 170 min tondan çox olub.AZƏRTAC xəbər verir ki, bu…
Bakı, 30 oktyabr, AZƏRTAC Azad edilmiş ərazilərdə istixana təsərrüfatlarının sənaye üsulu ilə və vahid zonada yaradılması nəzərdə tutulur. Artıq bu məqsədlə ayrılması planlaşdırılan 230 hektar əraziyə sahibkarlar…
Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya "Molotov kokteyli" atılıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) BMT-nin növbəti Baş katibi vəzifəsinə namizədliklə bağlı suala cavabı Türkiyənin informasiya məkanının bir hissəsində spekulyasiya mövzusuna çevrilib: Bakının Birləşmiş Ərəb…
Milli Məclis pulsuz hüquqi yardımın göstərilməsi üzrə xidmət haqqı və digər xərclərin müəyyənləşdirilməsini birinci oxunuşda qəbul edib.
Bakının Biləcəri qəsəbəsində sürücülər yolda avtomobillərini hərəkətin əks istiqamətinə çıxararaq hərəkət edirlər.
Oktyabrın 31-ə gözlənilən hava şəraiti açıqlanıb.
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edilib. Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya “Molotov...
Azərbaycanda pulsuz hüquqi yardım sisteminin əhatə dairəsi genişləndirilir. Yeni qanun layihəsinə əsasən, əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, müharibə veteranları, işsizlər, insan alverinin və məişət…
Oktyabrın 31-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Redaktor.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu...
Artıq ipoteka krediti əldə etmək istəyən vətəndaşlar müraciətlərini SİMA yeni nəsil rəqəmsal imza ilə təsdiq edəcəklər. Yeniliyə əsasən, vətəndaşlar kredit limitinin ayrılması zamanı onlayn müraciətlərini pin kod və ya…
Noyabr ayında Azərbaycanda soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olması nəticəsində havanın temperaturu xeyli aşağı enəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd olunub.Bildirilib ki…
Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo daha bir möhtəşəm performansa imza atıb. Səudiyyə Ərəbistanı çempionatının 12-ci turunda “Əl-Nəsr” doğma meydanda “Əl-Xulud”u 5:3 hesabı ilə məğlub edib. Qarşılaşmanın…
Pulsuz hüquqi yardımın göstərilməsi üzrə xidmət haqqı müəyyənləşib. Bu məsələ Milli bugünkü iclasında müzakirəyə çıxarılan “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsində əks olunub. Layihəyə əsasən, peşəkar hüquqi…
Pulsuz vəkil xidməti şamil olunan şəxslərin siyahısı genişləndirilib. Bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsində əks olunub. Layihəyə əsasən, gəliri…
Oktyabrın 31-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı…
Noyabr ayında Azərbaycanda soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olması nəticəsində havanın temperaturu xeyli aşağı enəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki…
Pulsuz hüquqi yardım göstərən şəxslərə dövlət büdcəsindən ödəniləcək xidmət haqqının və əlavə xərclərin hesablanması qaydası müəyyənləşdirilir. Məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan…
Şəhid ailələrinin, veteranların, qaçqınların, məcburi köçkünlərin və bir sıra digər həssas qrupların pulsuz hüquqi yardım almaq hüququnun qanunvericilikdə təsbit edilməsi təklif olunur. Məsələ Milli Məclisin bu gün…
Rəqəmsal texnologiyalar müəllimlərə dərsləri daha interaktiv və maraqlı qurmaq, vaxta qənaət etmək və şagirdlərlə fərdi işləmək imkanı yaradır. Bu alətlərdən istifadə bacarıqlarının zəif olması isə tədris prosesində…
Bəzi hakimlər deputatların telefon zənglərinə cavab vermir, onlarla əlaqə saxlamaq cəhdini isə məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə kimi qiymətləndirirlər. Bunu deputat Hikmət Babaoğlu Milli Məclisin plenar…
Oktyabrın 31-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz…
İngiltərədə 2001-ci ildə gil karxanasında aşkar edilən dinozavr fosili uzun illər davam edən elmi araşdırmalardan sonra tamamilə yeni cins və növ kimi təsnif edilib. Təxminən 125 milyon il əvvəl yaşamış ot yeyən…
Səudiyyə Ərəbistanının Türkiyəyə öz ərazisində hərbi baza yaratmağı təklif etdiyi bildirilir. Yeni bazanın Qətərdəki Türkiyə hərbi bazasının modelinə uyğun qurulması ehtimalı müzakirə olunur. Bu təklif Türkiyənin Yaxın…
"Kəpəz" klubu "Turan Tovuz"un rekordunu yeniləyib. Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Azərbaycan kubokunun II təsnifat mərhələsinin "Kəpəz" - "Baku Sportinq" qarşılaşmasını (3:1) 5000 tamaşaçı izləyib. Bu…
Azərbaycan Dövlət Dəniz Akademiyasına (ADDA) yeni rektor əvəzi təyin olunub.
Oktyabrın 31-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən…
Oktyabrın 31-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Moderator.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı…
Türk Dövlətləri Təşkilatının yeni Baş katibi müəyyənləşib. Özbəkistanlı diplomat Mirvahid Əzimov TDT-nin yeni Baş katibi olub. Bundan əvvəl TDT-nin Baş katibi vəzifəsini qırğızıstanlı diplomat Kubanıçbek Ömüralıyev…
Oktyabrın 29-da Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Bakıda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü…
Özəl məhkəmə ekspertlərinin vergi, sosial sığorta və icbari tibbi sığorta sisteminə cəlb olunması ilə bağlı yeni hüquqi mexanizmin yaradılması təklif edilir. Bununla əlaqədar qanunvericiliyə dəyişiklikləri nəzərdə tutan…
PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi…
Yelo Bank запустил новую функцию «Аналитика» в цифровом инвестиционном сервисе Yelo Invest. Она позволяет клиентам наглядно оценивать структуру своего портфеля. Среди инвестиционных приложений в стране такая возможность…
Milli Məclisin deputatı Aqil Abbas Ağdam və digər işğaldan azad edilmiş ərazilərdə yeni tikilən evlərin bölgüsü zamanı vaxtilə başqa rayonlara köçmüş, lakin əslən həmin ərazilərdən olan şəxslərin də nəzərə alınmasını…
Milli Məclisin deputatı Hikmət Babaoğlu pulsuz hüquqi yardım haqqında qanun layihəsinin müzakirəsi zamanı hakimlərin deputatların zənglərinə cavab verməməsi, məhkəmə işlərinin başqa rayonlarda araşdırılması, eləcə də…
Oktyabrın 29-da ölkə ərazisində qeydə alınan 39 cinayətin açılması polis tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 97, o cümlədən borclu şəxs qismində…