Danışıqların hazırlıq mərhələsindəyik - Ryabkov

Rusiya hələlik Ukrayna ilə bağlı danışıqların hazırlıq mərhələsindədir.

Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Rusiya ümid edir ki, ABŞ administrasiyası ilə intensiv dialoq Ukrayna münaqişəsinin əsas səbəblərini aradan qaldırmağa imkan verəcək”, - o bildirib.

Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında danışıqların 4 noyabrda Əbu-Dabidə keçiriləcəyi gözlənilir.