Bu il oktyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 789,6 milyon manat təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Bu, aylıq müqayisədə 1,6 % çox, ilin əvvəli ilə müqayisədə 12,1 % çox, ötən il oktyabrın 1-nə nisbətən isə 12,2 % çoxdur.
Depozit portfelinin 50,3 %-i, yaxud 23 milyard 536,3 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 6 % çoxdur.
İl ərzində ev təsərrüfatlarının əmanətləri 19,3 % artaraq 18 milyard 840,2 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 19,5 % artaraq 4 milyard 413,2 milyon manata çatıb.
Hesabat dövründə cəmi depozitlərin 25 milyard 359,9 milyon manatı (1 il əvvələ nisbətən 13,2 % çox) qısamüddətli, 21 milyard 429,8 milyon manatı (+11,05 %) isə uzunmüddətli olub.