Hazırda əmək yarmarkasında 150-dən çox işəgötürən var və onlar 1000-dən artıq vakansiya təqdim edirlər.
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev bu gün “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunan əmək yarmarkasının açılış mərasimində bildirib.
“İşəgötürənlərə tövsiyə edirəm ki, işaxtaranlara daha diqqətlə yanaşsınlar. Onların yalnız iş təcrübələri ilə deyil, həm də gələcək fəaliyyətlərində görmək istədikləri, əlavə bacarıqları ilə maraqlansınlar", - deyə o diqqətə çatdırıb.