Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən uşaq bağçasının qapı və pəncərələri sındırılıb.
Oxu.az-a istinadla, hadisəni törədən Vətən müharibəsinin qazisi Hüseynalı Dünyaməliyev polis tərəfindən saxlanılıb.
Məlumata görə, onun tələbi həyat yoldaşının həmin bağçaya işə götürülməsi olub.
Faktla bağlı araşdırma aparılır.