Ermənistan parlamenti TRIPP layihəsi üzrə çərçivə sazişini ratifikasiya etdi

Oktyabrın 28-də keçirilən iclasda Ermənistan parlamenti ABŞ və Ermənistan Respublikası arasında "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" (TRIPP) layihəsi üzrə strateji əməkdaşlığa dair çərçivə sazişini ratifikasiya edib.

Ermənistan mediasına istinadən, sözügedən sənədin təqdimatı Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan tərəfindən həyata keçirilib.

Qanunverici orqanda bu təşəbbüsü 63 deputat dəstəkləyib, 32 parlamentari isə sənədin əleyhinə səs verib.